
Sümbül Naxışlı Əl İşi Vilvet Çanta – Unudulmuş Bağça | Madu
Bəzi bağçalar illər keçsə də, yaddaşımızda yaşayır. Daş cığırların kənarında açan çiçəklər, günəşin altında solmuş yarpaqlar, küləyin gətirdiyi tanış qoxular... Zamanla o bağçaların yerini başqa mənzərələr tutur, amma xatirələri kiçik detallarda gizlənib qalır. Unudulmuş bağça həmin xatirələrin izini daşıyır. Yumşaq vilvet parça üzərində əl ilə işlənmiş sümbül naxışı, sanki köhnə bir bağçadan günümüzə gəlib çatmış kiçik bir parçadır. Keçmişin zərifliyini gündəlik həyata daşıyan, bir az nostalji, bir az romantik Madu çantası.
₼85
Qeyd: Hər çanta əl işi olduğu üçün unikaldır. Eyni rəng və naxışlardan istifadə olunsa belə, bir-birinin tam eynisi təkrarlanmır.
Sümbül naxışı əl ilə işlənmiş, vintage üslublu vilvet çanta. Madu-nun Unudulmuş Bağça modeli ilə gündəlik tərzinizə özünəməxsus detal qatın.