
Yağışdan sonra — əl naxışlı korduroy çanta
### Yağışdan sonra 🍄 Bəzi xatirələrin öz qoxusu var. Yağışdan sonra islanmış torpağın, nəm yarpaqların, meşənin dərinliklərindən gələn o tanış qoxu kimi... Uşaqlıqda yağış kəsilən kimi çıxdığımız gəzintiləri xatırlayırsınız? Yarpaqların arasında gizlənən balaca göbələkləri, ayağımızın altında xışıldayan yaş yarpaqları... **“Yağışdan sonra”** həmin günlərin xatirəsindən ilhamlanıb. Kərpic rəngli korduroy parça, zeytun yaşılı qapaq və üzərində əl ilə işlənmiş göbələk naxışı — sanki köhnə bir meşə gəzintisindən yadigar qalmış kiçik bir xatirə.
₼85
*Məhsulun xüsusiyyətləri
Adı — Yağışdan sonra
Kolleksiya — Payızda meşə
Kateqoriya — Əl işləməli çantalar
Material — Korduroy (zolaqlı vilvet)
Rəng — Kərpic və tünd zeytun yaşılı
Naxış — Əl ilə işlənmiş göbələk və bitki motivləri
Model — Yumru qapaqlı çiyin və çarpaz çanta
Qayış — Bej rəngli tekstil, metal karabinli
Metal detallar — Antik bürünc tonlarında
Stil — Vintage, gündəlik istifadə üçün
Hazırlanma — Əl işi
*Qeyd — Hər Madu çantası unikaldır. Eyni rəng və naxışlardan istifadə edilsə belə, əl işləməsinin təbiətinə görə bir-birinin tam eynisi təkrarlanmır.